AZ

Kanadadan Ukraynaya 143 milyonluq yardım

Kanada Ukraynaya 143 milyon dollar məbləğində hərbi yardım göstərəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

 Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, Kanada, NATO-nun Ukraynanın Əsas Tələbləri Siyahısı (PURL) çərçivəsində ABŞ-dən tədarük ediləcək kritik hərbi qabiliyyətlərdən ibarət paketin alınmasını həyata keçirəcək:  "Kanadanın bu paketə töhfəsi 200 milyon Kanada dolları (təxminən 143 milyon ABŞ dolları) olacaq.”

Açıqlamada bu dəstəyin Kanadanın Ukraynaya, NATO müttəfiqlərinə və Avroatlantik regionun təhlükəsizliyinə sarsılmaz bağlılığını əks etdirdiyi vurğulanıb: “Müttəfiqlərimizlə birgə bu PURL paketinə töhfə verməklə Ukraynanın suverenliyini müdafiə etməsi və xalqını qoruması üçün ehtiyac duyduğu qabaqcıl imkanları sürətli şəkildə əldə etməsini təmin edirik”

Avqust ayında hazırlanan satınalma planına əsasən, digər müttəfiqlərin də qatqıları ilə Ukraynaya göstəriləcək ümumi hərbi yardımın dəyəri 500 milyon dollar olacaq.

Açıqlamaya görə, 2022-ci ilin fevralından bəri Kanadanın Ukraynaya göstərdiyi ümumi yardım 22 milyard Kanada dollarına çatıb. Bu yardım, ABŞ Prezidenti Donald Tramp və NATO tərəfindən PURL çərçivəsində hazırlanan planın ardından verilib.

Tramp 11 iyul tarixli açıqlamasında ölkəsinin Ukraynaya silah tədarükünü NATO vasitəsilə həyata keçirmək barədə alyansla razılığa gəldiyini və bu silahların xərclərinin NATO tərəfindən qarşılanacağını bildirmişdi.

Seçilən
70
3
operativmm.az

4Mənbələr