AZ

Ukraynaya 143 milyon dollarlıq hərbi yardım

Kanada Ukraynaya 143 milyon ABŞ dolları dəyərində hərbi yardım göstərəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Kanada Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib: 

“NATO-nun Prioritet Ukrayna Tələbatları Siyahısı (PURL) çərçivəsində ABŞ-dən təmin ediləcək mühüm hərbi imkanlardan ibarət paketin alınmasını həyata keçirəcək. Kanadanın bu paketə töhfəsi 200 milyon Kanada dolları (təxminən 143 milyon ABŞ dolları) olacaq.”

Bu yardım paketi Kanadanın Ukraynaya, NATO müttəfiqlərinə və Avro-Atlantik regionun təhlükəsizliyinə sarsılmaz bağlılığını əks etdirir. “Müttəfiqlərimizlə birlikdə bu PURL paketinə töhfə verərək Ukraynanın suverenliyini müdafiə etməsi və xalqını qoruması üçün ehtiyac duyduğu qabaqcıl imkanları tez bir zamanda əldə etməsini təmin edirik”, – deyə vurğulanıb.

Avqust ayında hazırlanan satınalma planına əsasən, digər müttəfiqlərin də qatqısı ilə Ukraynaya göstəriləcək ümumi hərbi yardımın dəyəri 500 milyon dollar olacaq.

Bəyanata görə, 2022-ci ilin fevralından bəri Kanada Ukraynaya ümumilikdə 22 milyard Kanada dolları məbləğində yardım göstərib.

Bu yardım paketi ABŞ Prezidenti Donald Tramp və NATO tərəfindən hazırlanmış Prioritet Ukrayna Tələbatları Siyahısı (PURL) planı çərçivəsində həyata keçirilir.

Tramp 11 iyul tarixində verdiyi açıqlamada, ABŞ-nin Ukraynaya silah göndərilməsini NATO vasitəsilə həyata keçirmək üçün ittifaqla razılığa gəldiyini və bu silahların xərclərinin NATO tərəfindən qarşılanacağını bildirmişdi.

Seçilən
46
3
cebheinfo.az

4Mənbələr