AZ

Təranə Musadan şikayətləndi: Bir gün onları rüsvay edəcəm

Müğənni Təranə Qumral Musa Musayevdən şikayətlənib.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb ərinin qonşularla nərd oynaması və onlarla çox vaxt keçirməsi olub. 

Müğənni sosial mediada bu barədə danışıb:

“Qonşu kişilərlə yığışıb saatlarla nərd oynayırlar. 2 saat, 3 saat, 5 saat oynayır, gəlib evə yeyir-içir, yenə çağırırlar aşağı. Bir gün o qonşuları rüsvay edəcəm. Bir də görürsən yığılıb getdilər ova. Gedib qaşqaldaq, ördək vurub gətirirlər. O sevir narla bişirəndə. Ona o yeməyi heç kim bişirə bilmir, ən yaxşı mən bişirirəm, yeyir. Mən ölsəm də, yeyə bilmərəm”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
85
3
yenisabah.az

4Mənbələr