Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevdən şikayətlənib.
Müğənni sosial şəbəkədə məsələ ilə bağlı belə deyib:
“Qonşu kişilərlə yığışıb saatlarla nərd oynayırlar. İki saat, üç saat, beş saat oynayır, gəlib evdə yeyib-içir, yenə də çağırırlar aşağı. Bir gün o qonşuları rüsvay edəcəm. Bir də baxırsan, yığışıb ova gedirlər. Qaşqaldaq, ördək vurub gətirirlər. Musa o quş ətini narla bişirəndə çox sevir. Onu da heç kim mənim qədər yaxşı bişirə bilmir. Mən olmasam, o yeməyi heç kəs hazırlaya bilməz”.(Yeni Sabah)