Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq elektronsiqaret istifadəsi ilə bağlı qlobal hesabat yayıb. Hesabata görə,hazırda dünyada 100 milyondan çox insan “veyp”-dən (elektronsiqaret) istifadə edir və onların ən azı 15 milyonu 13–15 yaşlıyeniyetmələrdir. Mövcud məlumatlar göstərir ki, yeniyetmələrarasında “veyp” istifadəsi yetkinlərə nisbətən təxminən 9 dəfəyüksəkdir.
Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, elektron siqaretlər, ənənəvi siqaretlərəalternativ olaraq təqdim edilsə də, xüsusilə gənclər və qadınlararasında geniş yayılıb. Rəngarəng dizaynlar, müxtəlif meyvə vəşirniyyat dadları, marketinq strategiyaları və sosial mediada genişreklam bu məhsulları gənclər üçün daha cazibədar edir. Əsas hədəfauditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslərolsa da, son illərin statistikaları göstərir ki, veyp istifadəsiəvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətləyayılır.
Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və xoşqoxulu aerozolları onların qapalı məkanlarda istifadəsiniasanlaşdırır. Bu xüsusiyyətlər veyplərin nəqliyyat vasitələrində,restoranlarda və digər ictimai yerlərdə rahat istifadə olunmasınasəbəb olur və passiv şəkildə təsirə məruz qalma ehtimalınıartırır.
ÜST hesabatında eyni zamanda ölkələrə çağırış edərək bildirir ki,yeniyetmələr arasında elektron siqaret və digər nikotinməhsullarının istifadəsini yaxından izləsin, yeni məhsullarınyayılmasına qarşı isə təsirli tənzimləyici və maarifləndiricitədbirlər həyata keçirsin.