AZ

Türkiyə HHM sahəsində strateji üstünlük əldə edib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin KIZILELMA adlı pilotsuz uçuş aparatı birbaşa görmə məsafəsindən kənarda hədəfləri məhv etməyə qadir olan ilk döyüş dronu olaraq ölkəyə hava hücumundan müdafiə (HHM) sahəsində strateji üstünlük qazandırıb.

Reyting.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı çıxışında həmçinin qeyd edib ki, 2026-cı ildə Türkiyə BMT-nin COP31 iqlim sammiti, NATO sammiti və Türk Dövlətləri Təşkilatının 13-cü sammitinə ev sahibliyi edərək beynəlxalq forumların mərkəzinə çevriləcək.

Çıxışı zamanı Türkiyə lideri ölkənin iqtisadi sahədə əldə etdiyi uğurlara da toxunub. Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı artım tendensiyasını qoruyub saxlayaraq 2025-ci ilin üçüncü rübündə illik hesablamada 3,7 faiz göstərici nümayiş etdirib və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlər arasında 4-cü yeri tutub.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
reyting.az

1Mənbələr