AZ

"Unikal" və"Şəmkir" MTK-ların dövlətə külli miqdarda vergi borcları var

BAKI, 3 dekabr. TELEQRAF

"Unikal-MTK" , "Şəmkir" MTK və "Star-M" Mənzıl Tikinti Kooperativinin külli miqdarda vergi borcu yaranıb.

Teleqraf xəbər verir ki, "Unikal-MTK"nın hazırda dövlətə 269 min 520.63 manat, "Şəmkir" MTK-nın 804 min 845.98 manat, “Star-M” MTK-nın isə 903 min 973.05 manat məbləğində vergi borcu var.

Qeyd edək ki, "Unikal-MTK" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan şirkətin qanuni təmsilçisi Əli Kərimov Rza oğludur.

"Şəmkir" MTK 2008-ci ildə dövlət qeydiyyatından keçib. Şirkətin 100 manat nizamnamə kapitalı var, qanuni təmsilçisi isə Lətifova İlhamə Nizam qızıdır.

“Star-M” MTK isə 2004-cü ildə dövlət qeydiyyatına alınıb. 40 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Qasımov Sabir Salah oğludur.

Seçilən
95
teleqraf.com

1Mənbələr