ain.az, Operativ MM portalına istinadən məlumat yayır.
Norveçin şimalındakı Andoya adasındakı NATO aviabazasının komandiri texniki problemlərlə əlaqədar onu bağlamaq qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Forsvarets” məlumat yayıb.
"Ən böyük problem uçuş-enmə zolağıdır. Məhdudiyyətlərinə görə Andoya adasından NATO-nun "Soyuq Cavab" adlı əsas təlimi zamanı istifadə edilə bilməz və bir çox müttəfiq fəaliyyətləri artıq ləğv edilib", - baza komandiri polkovnik-leytenant Oystein Dahlberq bildirib.
Dahlberq bildirib ki, uçuş-enmə zolağındakı beton çatlar və torpaq eroziyası uçuşları mümkünsüz etdikdən sonra obyekt bağlanmalı olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.