AZ

Norveç NATO-nun hava bazalarından birini bağladı

Norveçin şimalındakı Andoya adasındakı NATO aviabazasının komandiri texniki problemlərlə əlaqədar onu bağlamaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Forsvarets” məlumat yayıb.

"Ən böyük problem uçuş-enmə zolağıdır. Məhdudiyyətlərinə görə Andoya adasından NATO-nun "Soyuq Cavab" adlı əsas təlimi zamanı istifadə edilə bilməz və bir çox müttəfiq fəaliyyətləri artıq ləğv edilib", - baza komandiri polkovnik-leytenant Oystein Dahlberq bildirib.

Dahlberq bildirib ki, uçuş-enmə zolağındakı beton çatlar və torpaq eroziyası uçuşları mümkünsüz etdikdən sonra obyekt bağlanmalı olub.

Seçilən
7
1
operativmm.az

2Mənbələr