AZ

QHT sədri: “Əlillik bir əskiklik deyil, yanlış yanaşmanın nəticəsidir”

3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslərin Müdafiəsi Günü münasibətilə Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov cəmiyyətə əhəmiyyətli mesajlar ünvanlayıb.

QHT.az xəbər verir ki, İlham Məhərrəmov bildirib ki, bu günün əsas məqsədi cəmiyyətdə bərabərlik, hörmət və anlayışın vacibliyini vurğulamaqdır:

"Əlillik bir əskiklik deyil. Biz də hər kəs kimi arzuları olan, məqsədlərə doğru irəliləyirik. Əsas olan cəmiyyətin bizi görməsi, eşitməsi və dəstək olmasıdır. Bu gündə hər kəsi empatiyə və dəstəyə çağırırıq. Və unutmamaq lazımdır ki, əlillik bir statusdur, xəstəlik deyil. Əlilliyi olan insanları xəstə kimi görən, onların imkanlarını yox, yalnız məhdudiyyətlərini görən insanlar əslində empati çatışmazlığından əziyyət çəkirlər. Həqiqi problem fiziki məhdudiyyətlərdə deyil, bu məhdudiyyətlərə səhv baxış bucağındadır. Əlilliyi olan şəxslər də cəmiyyətin tamhüquqlu üzvləridir və onların da arzuları, bacarıqları, dəyərləri var. Onları "yardıma möhtac" yox, "bərabərhüquqlu fərdlər" kimi görmək lazımdır. Cəmiyyət inkişaf etdikcə, bu düşüncələrin də dəyişəcəyinə inanıram".

Seçilən
53
qht.az

1Mənbələr