ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Qadın sürücülər avtomobillə məktəblini vurub öldürdülər. Avtosfer.az xəbər verir ki, Rusiyanın Nijni Novqorod vilayətində baş verən hadisənin kadrları kameraya düşüb. Belə ki, Vıksa şəhərində “Kia Carnival” markalı avtomobilin qadın sürücüsü manevr edən zaman yolu qarşı tərəfə qaçaraq keçən 11 yaşlı oğlanı vurub. Avtomobilin altında qalaraq sürüklənən məktəbli yolun hərəkət hissəsində qalıb və həmin anda digər qadın sürücü idarə etdiyi “Kia Soul”la 6-cı sinif şagirdini vuraraq xəsarətlərini daha da ağırlaşdırıb. Nəticədə təcili yardım gələnə qədər məktəbli hadisə yerində vəfat edib.
Hər iki sürücü polis tərəfindən saxlanılıb. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.