AZ

İstanbul derbisinə böyük skaut axını

İstanbul derbisi bu dəfə yalnız meydandakı gərginliklə deyil, həm də Avropa klublarının ciddi skaut marağı ilə yadda qalıb.

Fanat.Az xəbər verir ki, həm “Fənərbağça”, həm də “Qalatasaray”ın heyətindəki bir neçə futbolçu matç zamanı Avropadan gələn nümayəndələr tərəfindən yaxından izlənilib.

Məlumata görə, “Fənərbağça”nın Avropa təmsilçilərinin radarında olan İsmail Yüksək, “Sevilya”nın marağında yer alan Yusuf En-Nesri və “Vest Hem”in iddiası ilə gündəmdə qalan Ceydon Ostervolde matç boyunca diqqətdə olub.

Digər tərəfdən, “Qalatasaray” cəbhəsində də vəziyyət fərqli olmayıb. İngiltərənin “Lids” klubunun hədəfində olduğu deyilən Qabriel Sara, Səudiyyə Ərəbistanı təmsilçisi NEOM-un istədiyi Barış Alper Yılmaz və performansı ilə Avropa nəhənglərini cəlb edən Viktor Osimhen diqqətlə izlənən oyunçular arasında yer alıb.

Oyun boyu skautların fasiləsiz qeydlər apardığı, həmçinin matçın fasilə dövründə klublar arasında bəzi ilkin transfer müzakirələrinin keçirilmə ehtimalının olduğu vurğulanır. Avropa klublarının həm qış, həm də yay transfer pəncərəsi üçün məlumat topladıqları qeyd edilir.

Kamil Xudiyev

Seçilən
33
1
fanat.az

2Mənbələr