Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Mütəxəssislər evdə quru havanın bir sıra sağlamlıq problemlərinə səbəb ola biləcəyini açıqlayıblar.
Axşam.az xəbər verir ki, onların sözlərinə görə, rütubət səviyyəsinin aşağı olması burun selikli qişasını qurudur, bu da immunitetin zəifləməsinə, tez-tez soyuqdəymə və qripə yoluxma riskinə gətirib çıxarır.
Eyni zamanda, quru hava dəri quruluğu, allergiyalar və atopik dermatit kimi xəstəliklərin inkişafını sürətləndirir. Ayrıca, həddindən artıq quru hava ortamında göbələk sporlarının asanlıqla yayıldığı, bunun da astma, bronxit və digər iltihabi xəstəliklərin ağırlaşmasına səbəb ola biləcəyi bildirilir.
Mütəxəssislər qeyd edir ki, göz və dəri quruluğu, iltihab, habelə immun sisteminin zəifləməsi kimi hallar məhz quru havada daha sıx müşahidə edilir. Nəticədə, bu cür mühitdə həssas şəxslərdə sağlamlıq problemləri arta bilər.
Həkimlər evdə nəm səviyyəsini 40-60 faiz aralığında saxlamağı məsləhət görür, bunun həm nəfəs yolları, həm də ümumi sağlamlıq üçün mühüm olduğu vurğulanır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.