AZ

Azad olunmuş ərazilərə 22 milyard manat xərclənib

Azad olunmuş ərazilərə 22 milyard manat xərclənib

İşğaldan azad olunmuş ərazilərə 22 milyard manat vəsait xərclənib.

Bu rəqəmi deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib. O bildirib ki, keçən 5 il ərzində Azərbaycan hərbi zəfərini işğaldan azad olunmuş ərazilərdə iqtisadi və sosial zəfərə çevirmək üçün möhtəşəm işlər görüb. "Hazırda bu ərazilərdə 62 mindən çox insan yaşayır. Bu günə qədər Azərbaycan bu ərazilərin inkişafı üçün 22 milyard manat vəsait xərcləyib. 22 milyard manat vəsait Ermənistan dövlət büdcəsi gəlirlərinin 2 dəfə, Gürcüstandan isə 1.4 dəfə çoxdur”, - deyə deputat qeyd edib.

Seçilən
65
1
afn.az

3Mənbələr