AZ

Serxio Ramos xidmətini İtaliya nəhənginə təklif etdi - SON DURUM

Hazırda Meksikanın "Monterrey" klubunda çıxış edən ulduz futbolçu Serxio Ramos karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, vasitəçilər "Milan"a əfsanəvi ispan müdafiəçisinin xidmətini təklif ediblər.

Məlumatı "Milan News" nəşrinin jurnalisti Alessandro Yakobone yayıb.

Ramosun meksikalılarla müqaviləsinin müddəti dekabrın sonuna qədərdir. 39 yaşlı veteran müqaviləsini yeniləmək fikrində deyil və yanvarda Avropa futboluna qayıtmaq istəyir. Serxio ümid edir ki, Avropada müntəzəm oynamaq ona sonuncu dəfə 2021-ci ildə çağırdığı İspaniya millisi ilə 2026-cı il dünya çempionatına getmək şansı verəcək.

"Milan", öz növbəsində, tanınmış veteranlara güvənməkdən qorxmur. Bu yaydan etibarən 40 yaşlı Luka Modriç Massimiliano Alleqrinin komandasında çıxış edir. Bundan başqa, 41 yaşlı Tiaqo Silvanın da "Milan"a qayıda biləcəyi deyilir.

Serxio Ramos bu mövsüm "Monterrey"in heyətində bütün turnirlərdə 21 matça çıxaraq 3 qol vurub.

Mirağa

Seçilən
117
7
fanat.az

8Mənbələr