AZ

Dneprdə sabah matəm elan edilib

Kiyev, 1 dekabr, AZƏRTAC

Ukraynanın Dnepr şəhərinə endirilən raket zərbəsi nəticəsində artıq 40 nəfər yaralanıb, 4 nəfər həlak olub. Sabah Dnepr şəhərində matəm günü elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dnepr şəhərinin meri Boris Filatov məlumat verib. Xəsarət alanların böyük əksəriyyəti xəstəxanalardadır, yaralılardan 11-nin vəziyyəti ağırdır. Axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Şəhərdəki dörd hündürmərtəbəli bina da rus hərbçilərinin zərbəsi nəticəsində zədələnib, 200-dən çox pəncərə sındırılıb. Təhsil müəssisəsi, xeyriyyə anbarı və bir neçə qeyri-yaşayış binasına da ziyan dəyib. Dördmərtəbəli inzibati bina və 49 avtomobil də zərər görüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
106
5
azertag.az

7Mənbələr