AZ

Sabah Dneprdə matəmdir

Yazını böyüt
Yazını kiçilt

Sabah Dnepr şəhərində matəm günü elan edilib.

Hafta.az xəbər verir ki, bu barədə Dnepr şəhərinin meri Boris Filatov məlumat verib.

Məlumata görə, raket zərbəsi nəticəsində artıq 40 nəfər yaralanıb, 4 nəfər həlak olub. Xəsarət alanların böyük əksəriyyəti xəstəxanalardadır, yaralılardan 11-nin vəziyyəti ağırdır. Axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Şəhərdəki dörd hündürmərtəbəli bina da rus hərbçilərinin zərbəsi nəticəsində zədələnib, 200-dən çox pəncərə sındırılıb. Təhsil müəssisəsi, xeyriyyə anbarı və bir neçə qeyri-yaşayış binasına da ziyan dəyib. Dördmərtəbəli inzibati bina və 49 avtomobil də zərər görüb.

Seçilən
80
5
hafta.az

7Mənbələr