AZ

Laricani türk dilində paylaşım etdi Foto

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Axar.az xəbər verir ki, bununla bağlı Ə.Laricani X hesabında türk dilində paylaşım edib:

“Öz evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm” – Laricani qeyd edib.

Bildirilib ki, tərəflər bir sıra mühüm regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Suriya və Qəzzada baş verən son proseslər, eləcə də İsrailin İrana hücumları əsas müzakirə mövzularından olub.

Görüşün sonunda Fidanın Laricanini Türkiyəyə səfərə dəvət etdiyi açıqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
419
2
axar.az

10Mənbələr