AZ

Laricani türk dilində paylaşım etdi FOTO

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani rəsmi danışıqlar aparmaq və ölkə rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə bir araya gəlib. Bizim.Media xəbər verir ki, bununla bağlı Laricani “X” hesabında türk dilində paylaşım edərək yazıb: “Öz evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm..."

 

Məlumata görə, tərəflər bir sıra mühüm regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Suriya və Qəzzada baş verən son proseslər, eləcə də İsrailin hücumları əsas müzakirə mövzularından olub. 

Görüşün sonunda Fidanın Laricanini Türkiyəyə səfərə dəvət etdiyi açıqlanıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
239
2
bizim.media

10Mənbələr