AZ

Azərbaycanda meyvə bağı üzrə 700 min manatdan çox sığorta ödənişi verilib

Aqrar Sığorta Fondu Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən meyvə bağı üzrə 712 min manat sığorta ödənişi edib.

FED.az xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.

Onun sözlərinə görə, bu ilin mart ayında nektarin bağını şaxta vurub: "Sahədə iki dəfə ekspertiza aparılıb. İlkin ekspertiza hadisənin təsdiq olunması ilə bağlı olub, yekun ekspertiza məhsul yetişəndə baş tutub, daha dəqiq zərər hesablanıb. Hadisə meyvə bağlarında çiçəklənmə zamanı baş verib və zərər qarşılanıb". (Report)

Seçilən
64
2
fed.az

3Mənbələr