BAKI, 27 noyabr. TELEQRAF
Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 169.4 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6.29% çoxdur.
Kredit qoyuluşunun 24.3 faizi - 7 milyard 561.5 milyon manatı dövlət banklarının, 25.7 faizi - 8 milyard 26 milyon manatı özəl bankların, 5,7- faizi - 1 milyard 765,5 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.