AZ

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 6%-dən çox artıb

BAKI, 27 noyabr. TELEQRAF

Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 169.4 milyon manat təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6.29% çoxdur.

Kredit qoyuluşunun 24.3 faizi - 7 milyard 561.5 milyon manatı dövlət banklarının, 25.7 faizi - 8 milyard 26 milyon manatı özəl bankların, 5,7- faizi - 1 milyard 765,5 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Seçilən
31
teleqraf.com

1Mənbələr