AZ

Roma Papası Türkiyəyə ilk xarici səfərinə çıxır

Papa XIV Lev Ankara və İstanbulda olacaq, Ərdoğan və dini liderlərlə görüşəcək...

Poliqon France Presse Agentliyinə istinadən xəbər verir ki, Roma Papası Lev XIV bu gün Türkiyəyə səfərə yollanır. Bu, onun seçilməsindən sonra həyata keçirdiyi ilk xarici səfərdir. AFP-nin məlumatına görə, Papa səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, dövlət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və diplomatik korpus qarşısında çıxış edəcək.

Gözlənilir ki, Papa çıxışlarını daha geniş auditoriyaya çatdırmaq üçün ingilis dilində edəcək. Onun ilk nitqinin əsas mövzusu islam dünyası ilə dialoq olacaq. Xatırladaq ki, Türkiyədə xristian icmasının payı cəmi 0,1 faiz təşkil edir, əhalinin böyük əksəriyyəti isə sünni islam dininə mənsubdur.

Səfərin ikinci günündə, yəni sabah, Papa Ankara şəhərində Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək. Cümə günü isə Konstantinopol patriarxı Varfolomeyin dəvəti ilə İznik gölü sahilində keçiriləcək mərasimdə iştirak edəcək. Bu tədbir 325-ci ildə keçirilmiş və Xristian dünyasının əsas simvolu sayılan Xaçın qəbul olunduğu Birinci Nikeya Şurasının 1700 illiyinə həsr olunub.

AFP qeyd edir ki, Türkiyədə dini millətçiliyin artması, həmçinin 1000 ildən çox tarixi olan Ayasofya muzeyinin 2020-ci ildə yenidən məscidə çevrilməsi kimi məsələlərə baxmayaraq, Vatikan Ankara ilə dialoqu davam etdirməyə çalışır. Bu səfər həmin dialoqun davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

Poliqon.info

Seçilən
58
4
poliqon.info

5Mənbələr