AZ

Qvineya-Bisau prezidenti ordu tərəfindən devrildiyini elan edib

Bakı. Trend:

Qvineya-Bisau prezidenti Umaru Sisoko Embalo ölkədə baş verəndövlət çevrilişini etiraf edərək, ordu tərəfindən devrildiyini elanedib.

Trend-in məlumatına görə, bu barədə o "France 24" televiziyakanalına bildirib.

"Məni devirdilər. Çox şey deyə bilmərəm, əks halda telefonumuəlimdən alacaqlar. İndi qərargahdayam", - deyə o qeyd edib.

Bundan əvvəl, briqada generalı Denis N'Kanya jurnalistlərəQvineya-Bisauda hərbçilərin hakimiyyəti ələ keçirdiyini elan edib.O, bütün dövlət qurumlarının fəaliyyəti dayandırıldığını, ölkəninsərhədlərinin bağlandığını və 23 noyabr prezident və parlamentseçkilərində səslərin sayılmasının dayandırıldığını açıqladı. SeçkiKomissiyası nəticələri 28 noyabrda elan etməyi planlaşdırırdı.

Seçilən
100
az.trend.az

1Mənbələr