AZ

Makron: Fransada hərbi xidmət yenidən bərpa olunur

Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron RTL radiostansiyasına müsahibəsində ölkədə könüllü hərbi xidmət proqramının bərpa ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, bu qərar Rusiyanın “əvvəlkindən daha aqressiv” mövqeyi ilə bağlıdır.

Yeni xidmət necə olacaq?

La Tribune qəzetinin məlumatına görə:

proqram könüllülük əsasında həyata keçiriləcək

xidmət müddəti 10 ay olacaq

həm kişilər, həm də qadınlar proqramda iştirak edə biləcək

xidmət bir növ Fransa ordusunun ehtiyat qüvvəsinin formalaşdırılmasına yönəlib

könüllülərə ayda 900–1000 avro ödəniş veriləcək

Fransa ordusunun hazırkı vəziyyəti

Hazırda ölkədə təxminən 205 min hərbçi var, lakin cəmi 47 min ehtiyat hərbçi mövcuddur. Rəsmi Paris 2030-cu ilə qədər ehtiyat qüvvələrin sayını 80 minə çatdırmağı planlaşdırır.

Makron yaxın günlərdə proqramla bağlı əlavə detalları açıqlayacaqlarını bildirib. 

 

Musavat.com

Seçilən
60
2
musavat.com

10Mənbələr