AZ

"Nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır" - Rəşad Nəbiyev

Nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və ölkə tərəfdaşları ilə birlikdə ümumi nəqliyyat siyasətini inkişaf etdirir.

Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.

Onun sözlərinə görə, son illərdə regional qarşılıqlı əlaqədə dəmir yolu nəqliyyatının rolu əhəmiyyətli dərəcədə artıb: "İnfrastrukturun modernləşdirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi və tarif siyasətinin optimallaşdırılması ölkələrimizin daha dərin inteqrasiyasının əsas elementlərinə çevrilib. Biz davamlı olaraq dövlət tərəfdaşları ilə ümumi nəqliyyat siyasətini inkişaf etdirir, logistika zəncirimizin konkret qabiliyyətini gücləndiririk və yeni marşrutlar yaradırıq".

Seçilən
56
7
avtosfer.az

8Mənbələr