AZ

ABŞ və Belarus 100-dən çox məhbusun azad olunmasını müzakirəEDİR

ABŞ və Belarus Minsk tərəfindən 100-dən çox məhbusun azad olunmasını müzakirə edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Amerika administrasiyasındakı adının açıqlanmasını istəməyən mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ rəsmiləri “vahid razılaşma çərçivəsində 100-dən çox məhbusun azad edilməsinə nail olmaq” istəyir.

Bildirilib ki, Vaşinqtonla Minsk arasında münasibətlərin hazırkı mərhələsi iki ölkənin geosiyasi yaxınlaşmasına yönəlmiş “daha geniş strategiyanın” bir hissəsidir. ABŞ rəsmilərinə görə, Belarusun Qərbə doğru az da olsa istiqamətlənməsi Vaşinqton üçün “strateji qələbə” sayıla bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
32
redaktor.az

1Mənbələr