AZ

Azərbaycanla daşımalarda hər çətinliyi birlikdə həll edirik Rusiya Dəmir Yolları

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya və Azərbaycan dəmir yolu daşımalarında hər çətinliyi birlikdə həll edir.

Bunu "Report"a açıqlamasında "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorun I müavini Sergey Pavlov bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan uzun illərdir nəqliyyat sahəsində stabil əməkdaşlıq göstərir və istənilən çətinlik zamanı birgə həll yolları tapır: "Rusiya və Azərbaycan dəmir yolu sahəsində həmişə birlikdə işləyib və bu əməkdaşlıq bu gün də davam edir. Çətinlik yarananda belə, elə həll tapırıq ki, daşımalar dayanmasın. Bu ilin əvvəlində Azərbaycanda güclü yağış nəticəsində bir neçə sahə su altında qalmışdı, lakin biz tərəfdaşlarımızla birlikdə yük axınını dayandırmadıq".

S. Pavlov əlavə edib ki, bu əməkdaşlıq yalnız əməliyyat səviyyəsində deyil, həm də dövlətlərarası sənədlərlə təsdiqlənib: "Şimal–Cənub dəhlizinin inkişafına dair hökumətlərarası saziş imzalanıb. Rusiya və Azərbaycan bu sənəddəki bütün öhdəlikləri ardıcıllıqla yerinə yetirir. İnfrastrukturun inkişafı məhz həmin sənədlərə uyğun aparılır. Dəhlizin inkişafı iki ölkə arasında daşımaları artırmaqla yanaşı, Gürcüstan və İranla yük dövriyyəsinin də genişlənməsinə imkan verəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
azpolitika.info

1Mənbələr