Rusiya hələlik ABŞ-ın Ukrayna ilə bağlı sülh planını rəsmi olaraq almayıb. Lakin Moskvanın əlində qeyri-rəsmi "sənəd" mövcuddur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya qeyri-rəsmi olaraq ABŞ sülh planının bir neçə versiyasını alıb ki, bu da hətta çaşdırıcı ola bilər.
Bununla belə, Kreml rəsmisi Rusiyanın ABŞ-ın sülh planının bəzi məqamlarına müsbət baxdığını, lakin bir çoxunun müzakirə tələb etdiyini vurğulayıb.
Uşakov avropalıların Ukraynada sülh nizamlanmasına lazımsız müdaxilə etdiklərini də söyləyib.