Rusiya hələlik ABŞ-ın Ukrayna ilə bağlı sülh planını rəsmi olaraq almayıb. Ancaq Moskvanın əlində qeyri-rəsmi "sənəd" mövcuddur.

Leqal.info xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə əsasən, Rusiya qeyri-rəsmi olaraq ABŞ sülh planının bir neçə versiyasını alıb ki, bu da hətta çaşdırıcı ola bilər.

Bununla belə, Kreml rəsmisi Rusiyanın ABŞ-ın sülh planının bəzi məqamlarına müsbət baxdığını, ancaq bir çoxunun müzakirə tələb etdiyini vurğulayıb.

Uşakov avropalıların Ukraynada sülh nizamlanmasına lazımsız müdaxilə etdiklərini də söyləyib.

Leqal.info