AZ

Yasamalda su xəttində SIZINTI

Bakı şəhərinin Yasamal rayonunda, Mirzə Cəfər Məmmədzadə küçəsində üç gündür ki içməli su borusunda sızıntı var.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, yeraltı xəttdə yaranan nasazlıq səbəbindən asfalt qatından su axaraq küçəyə yayılır.

Hadisə yerində olan sakinlər bildiriblər ki, problem hələ də aradan qaldırılmayıb və sızıntı gün keçdikcə artır:

"Artıq üçüncü gündür yerdən su çıxır. Su itkisi də böyükdür. Aidiyyəti qurumlardan xahiş edirik ki, tez bir zamanda müdaxilə olunsun", - deyə sakinlərdən biri bildirib.

Seçilən
36
2
far.az

3Mənbələr