AZ

Yasamalda su xəttindəki qəza aradan qaldırıldı

Bakı şəhərinin Yasamal rayonunda, Mirzə Cəfər Məmmədzadə küçəsində su xəttində baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə ADSEA-nın mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

***11:50

Məsələ müvafiq rayon sukanal idarəsinə bildirilib. Əraziyə briqada cəlb ediləcək, axıntının qarşısı alınaraq xətt bərpa ediləcək.

Bu barədə ADSEA-nın mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

***11:33

Bakı şəhərinin Yasamal rayonunda, Mirzə Cəfər Məmmədzadə küçəsində üç gündür ki içməli su borusunda sızıntı var.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, yeraltı xəttdə yaranan nasazlıq səbəbindən asfalt qatından su axaraq küçəyə yayılır.

Hadisə yerində olan sakinlər bildiriblər ki, problem hələ də aradan qaldırılmayıb və sızıntı gün keçdikcə artır:

"Artıq üçüncü gündür yerdən su çıxır. Su itkisi də böyükdür. Aidiyyəti qurumlardan xahiş edirik ki, tez bir zamanda müdaxilə olunsun", - deyə sakinlərdən biri bildirib.

Seçilən
25
2
far.az

3Mənbələr