AZ

Qeyri adi və ya problemli heç nə yoxdur Tramp sızdırılan səs yazısından danışdı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndə Stiv Vitkoff ilə Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında baş tutan və mətbuata sızdırılan telefon danışığına münasibət bildirib. 

Prezident Trampın sözlərinə görə, həmin danışıqda “qeyri-adi və ya problemli heç nə yoxdur” və bu, “danışıqlar aparan şəxsin standart işi”dir.

Prezident danışığın məzmununu belə şərh edib:“Xeyr, (yazını) görməmişəm… Bu, standart bir şeydir, başa düşürsünüz? O, bunu Ukraynaya ‘satmalıdır. O, Ukraynanın mövqeyini Rusiyaya satmalıdır. Danışıqlar aparan adamın işi budur. Siz deməlisiniz: Baxın, onlar bunu istəyir. Sizi buna inandırmaq lazımdır. Bu, çox standart danışıqlar formasıdır”.

Vitkoff ilə Uşakov arasında olduğu deyilən telefon danışığı bir neçə gündür ABŞ və Rusiya mediasında müzakirə olunur. Danışıqda Vitkoffun mümkün sülh şərtləri barədə qeyri-rəsmi fikir mübadiləsi apardığı bildirilir. 

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azpolitika.info

1Mənbələr