AZ

Ukrayna ilə bağlı bu iddia tamamilə yalandır! Rubio

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Tramp administrasiyasında Ukrayna müharibəsinin necə bitirilməsi ilə bağlı fikir ayrılıqlarının olması barədə deyilənlər əsassızdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Dövlət katibi Marko Rubio “NBC News”un materialı haqda danışarkən deyib.

O, sözügedən materialı “feyk” adlandırıb:

“Bu, Ukrayna müharibəsinin necə bitirilməsi məsələsində Tramp administrasiyasında guya mövcud olan fikir ayrılıqları barədə tamamilə saxta xəbərlər seriyasının növbəti nümunəsidir. Bu adamlar sadəcə səhv etmirlər, sözün əsl mənasında, uydururlar”.

Xatırladaq ki, sözügedən materialda Tramp administrasiyasında iki düşərgə olduğu qeyd olunub. Hazırda Tramp komandasının daxilindəki fikir ayrılıqlarının mövcudluğundan bəhs edilib. İddia edilir ki, bir düşərgə əsas problemin Ukrayna, digəri isə Rusiya olduğunu düşünür.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
globalinfo.az

1Mənbələr