AZ

SSRİ bayrağı ilə yürüşə cəhd edən İbrahim Əsədli kimdir?

Sosial şəbəkələrdə SSRİ bayrağı qaldıraraq yürüşə cəhd etməklə təqsirləndirilən İbrahim Əsədli barədə bəzi faktlar məlum olub.

 

İ.Əsədli həkim-onkoloqdur və bir müddət əvvəl xoşagəlməz hallarla gündəmə gəlib.

 

Belə ki, İ.Əsədli ötən ilin fevral ayında işlədiyi "Loğmed" klinikasındakı kabinetində sevgilisi ilə birlikdə olarkən həyat yoldaşı onları yaxalamışdı. Həkim-onkoloq həmin vaxt yanında olan Aynur adlı sevgilisi ilə birləşib həyat yoldaşına şiddət göstərmişdi.

 

Hadisə ilə bağlı İ.Əsədlinin zərərçəkmiş həyat yoldaşı polisə müraciət etmişdi.

 

Oxu.az

Tarix: 26 Noyabr 2025, 10:55   
Seçilən
24
18
pravda.az

10Mənbələr