Sosial şəbəkələrdə SSRİ bayrağı qaldıraraq yürüşə cəhd etməklə təqsirləndirilən İbrahim Əsədli barədə bəzi faktlar məlum olub.
Turkustan.az Oxu.Az-a istinadən məlumatına görə, İ.Əsədli həkim-onkoloqdur və bir müddət əvvəl xoşagəlməz hallarla gündəmə gəlib.
Belə ki, İ.Əsədli ötən ilin fevral ayında işlədiyi "Loğmed" klinikasındakı kabinetində sevgilisi ilə birlikdə olarkən həyat yoldaşı onları yaxalamışdı. Həkim-onkoloq həmin vaxt yanında olan Aynur adlı sevgilisi ilə birləşib həyat yoldaşına şiddət göstərmişdi.
Hadisə ilə bağlı İ.Əsədlinin zərərçəkmiş həyat yoldaşı polisə müraciət etmişdi.