UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 65-ci dəqiqədə Skott MakTominey açıb. 72-ci dəqiqədə isə Marko Yankoviç avtoqol müəllifi olub.
Rəqibin heyətində 56-cı dəqiqədə Rasmus Höylund on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib.
Ağdam klubu Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da evdə Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.
Qurban Qurbanovun kollektivi hazırda turnir cədvəlində 7 xalla 16-cı pillədə qərarlaşıb.