AZ

ABŞ a məxsus PUA Cənubi Koreyanın sahil sularına düşüb

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ hərbi hava qüvvələrinə məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatı (PUA) Cənubi Koreyanın qərb sahillləri yaxınlığında qəzaya uğrayaraq suya düşüb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, rutin uçuşu yerinə yetirən PUA ABŞ-ın Cənubi Koreyanın Kunsan şəhərindəki hərbi bazasında qeydiyyatda olub. Hərbi bazadan verilən açıqlamaya görə, uçuş zamanı səhər 4:35-də PUA-da insident baş verib. Hazırda qəza yerində PUA-nın qalıqlarının axtarışları aparılır.

Qeyd edək ki, ABŞ sentyabrda Kunsan hərbi bazasında PUA-ların cəlb olunduğu kəşfiyyat bölməsi yaradıb. Kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə qadir olan “Reaper” aparatalarının uçuş məsafəsi təxminən 1850 kilometrdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
yeniazerbaycan.com

3Mənbələr