AZ

Azərbaycan postsovet məkanında savadlılıq səviyyəsinə görə ön sıralardadır Ekspert

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan üzrə 15 yaş və üzəri əhalinin hər 1000 nəfərindən 974-nün təhsilli olması əslində çox mühüm göstəricidir. Bu rəqəm təkcə statistik məlumat deyil, ölkədə savadlanmanın nə qədər geniş yayıldığını göstərən bir aynadır. Regiona baxanda görürük ki, Türkiyədə bu göstərici 930, Gürcüstanda 956, Qazaxıstanda 962 nəfərdir. Yəni Azərbaycan həm region üzrə, həm də postsovet məkanında savadlılıq səviyyəsinə görə ön sıralardadır. Bu, illərlə təhsilə edilən investisiyanın, məktəblərin genişlənməsinin və insanların təhsilə verdiyi dəyərin nəticəsidir”.

Bunu 525.az-a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, dünya miqyasında orta göstəricinin 86 faiz olduğunu nəzərə alsaq, Azərbaycanın mövqeyi daha aydın görünür. İnkişaf etmiş ölkələrdə – Finlandiya, Estoniya, Yaponiya, Cənubi Koreya kimi təhsil nəhənglərində bu göstərici 97–99 faiz arasında dəyişir:

“Azərbaycan onlardan bir qədər geri qalsa da, fərq böyük deyil və doğru siyasət davam etdikcə bu məsafə daha da azalacaq. Sadə desək, ölkənin savad potensialı güclüdür və bu güc düzgün istiqamətləndiriləndə həm iqtisadiyyatı, həm də cəmiyyəti daha irəli aparmaq gücünə malikdir”.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
525.az

1Mənbələr