AZ

Almalı Zefir Resepti

Almalı

Alma püresi üçün:- 150 qr yaşıl alma (təmizlənmiş və püre halına salınmış)- 130 qr şəkər tozu- 1 çay qaşığı darçın və ya vanil (zövqə görə)Hazırlanması: Alma püresini şəkərlə birlikdə ocaqda qatılaşana qədər bişirin. Qarışıq sıx konsistensiyalı olmalıdır. Soyuyandan sonra bir gecə soyuducuda saxlayın.Şərbət üçün:- 170 qr şəkər tozu - 100 ml soyuq su - 80 qr qlükoza və ya invert siropu - 6 qr aqar-aqar - 1 ədəd yumurta ağıHazırlanması: Aqar-agarı su ilə qarışdırıb qızdırın, şəkər və qlükozanı əlavə edib 110°C-yə qədər qızdırın. Ayrı qabda yumurta ağını çalın, üstünə alma püresini əlavə edin. Şərbəti yavaş-yavaş bu qarışıma əlavə edib mikserlə çalın. Hazır kütləni formaya töküb qurumağa qoyun.Qeyd: Zefirin quruması üçün otaq temperaturunda 8-12 saat saxlamaq tövsiyə olunur.Ulusum.az

Diqqət Çəkənlər

Hazır Yufkadan Ləzzətli Qozlu Paxlava Resepti

Nəsimidə çoxmərtəbəli binada yanğın – FHN ərazidədir

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada yangın

Seçilən
10
ulusum.az

1Mənbələr