AZ

Çin əhalisi ötən il 3,39 milyon nəfər azalıb

Bakı. Trend:

2025-ci ildə ölkə əhalisi 3,39 milyon nəfər azalaraq 1 milyard404 milyon 890 min nəfərə düşüb.

Trend-inməlumatına görə, bu barədə Çinin Milli Statistika Bürosu məlumatyayıb.

Hesabatda bildirilir ki, il ərzində Çində 7,92 milyon doğum,11,31 milyon ölüm qeydə alınıb. Doğum və ölüm göstəriciləri hər minnəfərə müvafiq olaraq 5,63 və 8,04 təşkil edib.

Rəsmi məlumatlara əsasən, kişi əhalisi 0,3% azalaraq 716,85milyon, qadın əhalisi isə 0,1% azalaraq 688,04 milyon nəfər olub.Eyni zamanda, 65 yaşdan yuxarı əhalinin sayı 1,5% artaraq 223,65milyona çatıb.

Qeyd edək ki, Çin hökuməti son illərdə doğum səviyyəsiniartırmaq və yaşlı əhalinin iqtisadi fəallığını gücləndirməkməqsədilə bir sıra sosial-iqtisadi tədbirlər həyata keçirir.

Məqalədə:
Seçilən
25
8
az.trend.az

10Mənbələr