AZ

II Liqa: "Xankəndi" liderlik matçına çıxır

Azərbaycan II Liqasında X tura bu gün yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, turun son günündə 2 qarşılaşma baş tutacaq. 

"Şəki Siti" Bakıda "Dinamo"nun qonağı olacaq. "Xankəndi" isə Saatlıda "Kür-Araz"la münasibətlərinə aydınlıq gətirəcək. İbrahim Uzuncanın baş məşqçisi olduğu Qarabağ təmsilçisi ötən gün "Qaradağ Lökbatan"a təhvil verdiyi liderliyi yenidən ələ almaq üçün səfərdə mümkün qədər çox qol vuraraq qələbə qazanmalıdır. 

Qeyd edək ki, turun digər oyunlarında "Quba" "Ağstafa Gəncləri"ni 4:2, “Şəmkir” “Göygöl”ü 2:1, “Qaradağ Lökbatan” “Şirvan”ı 5:0, “Araz Saatlı” isə “Ağdaş”ı 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan II Liqası
X tur
25 noyabr

14:00. “Dinamo” – “Şəki Siti”
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu.

14:30. “Kür-Araz” – “Xankəndi”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

Seçilən
20
1
fanat.az

2Mənbələr