AZ

Türkiyə Superliqası: Yeddi qolun vurulduğu oyunda "Trabzonspor" qələbə qazanıb

Bakı, 25 noyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

"Trabzonspor" səfərdə "Başakşəhər"lə üz-üzə gəlib. Yeddi qolun vurulduğu matçda qonaqlar 4:3 hesablı qələbə qazanıblar.

Digər görüşdə isə "Konyaspor" "Antalyaspor"u qəbul edib. Bu oyunda hesab açılmayıb.

Bu nəticələrdən sonra "Trabzonspor" (28 xal) 3-cü, "Konyaspor" (15) 9-cu, "Antalyaspor" (14) 12-ci, "Başakşəhər" (13) isə 13-cü pillədə qərarlaşıb.

Seçilən
37
2
azertag.az

5Mənbələr