AZ

Yeddi qolun vurulduğu oyunda "Trabzonspor" qələbə qazandı

Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

"Unikal" xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

"Trabzonspor" səfərdə "Başakşəhər"lə üz-üzə gəlib. Yeddi qolun vurulduğu matçda qonaqlar 4:3 hesablı qələbə qazanıblar.

Digər görüşdə isə "Konyaspor" "Antalyaspor"u qəbul edib. Bu oyunda hesab açılmayıb.

Bu nəticələrdən sonra "Trabzonspor" (28 xal) 3-cü, "Konyaspor" (15) 9-cu, "Antalyaspor" (14) 12-ci, "Başakşəhər" (13) isə 13-cü pillədə qərarlaşıb.

Seçilən
65
3
unikal.az

5Mənbələr