AZ

Brüsseldəki Azərbaycan Evində dərslər başlayıb (FOTO)

Bakı. Trend:

Belçika Krallığının paytaxtı Brüssel şəhərində fəaliyyətgöstərən Azərbaycan Evində Azərbaycan dili, şahmat və rəqsdərslərinin keçirilməsinə başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, tədris proqramı çərçivəsində Azərbaycan dili dərsləri aydaiki dəfə olmaqla iki qrup üzrə təşkil olunur. Şahmat və rəqsdərsləri isə ayda dörd dəfə, əsasən həftə sonları keçirilir.

8 yaşadək uşaqlar və böyüklər üçün ayrıca tədris qruplarıformalaşdırılıb. Bununla da Brüsseldə yaşayan müxtəlif yaşkateqoriyalarına aid soydaşlarımıza aid öyrənmə imkanıyaradılıb.

Layihənin məqsədi Belçikadakı Azərbaycan icması arasındamilli-mədəni dəyərlərin qorunması, uşaq, yeniyetmə və gənclərinintellektual və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi,eləcə də Azərbaycan dilinin tədrisinin sistemli şəkildə təşkiliüçün davamlı platforma yaratmaqdır.

Qeyd edək ki, şahmat və rəqs dərsləri “FireLand” AzərbaycanlılarBirliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.

Brüsseldəki
Brüsseldəki
Brüsseldəki
Seçilən
28
1
az.trend.az

2Mənbələr