AZ

Brüsseldəki Azərbaycan Evində dərslər başlayıb (FOTO)

Belçika Krallığının paytaxtı Brüssel şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Azərbaycan dili, şahmat və rəqs dərslərinin keçirilməsinə başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədris proqramı çərçivəsində Azərbaycan dili dərsləri ayda iki dəfə olmaqla iki qrup üzrə təşkil olunur. Şahmat və rəqs dərsləri isə ayda dörd dəfə, əsasən həftə sonları keçirilir.

8 yaşadək uşaqlar və böyüklər üçün ayrıca tədris qrupları formalaşdırılıb. Bununla da Brüsseldə yaşayan müxtəlif yaş kateqoriyalarına aid soydaşlarımıza aid öyrənmə imkanı yaradılıb.

Layihənin məqsədi Belçikadakı Azərbaycan icması arasında milli-mədəni dəyərlərin qorunması, uşaq, yeniyetmə və gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Azərbaycan dilinin tədrisinin sistemli şəkildə təşkili üçün davamlı platforma yaratmaqdır.

Qeyd edək ki, şahmat və rəqs dərsləri "FireLand" Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.

Brüsseldəki
Brüsseldəki
Brüsseldəki
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
1
olaylar.az

2Mənbələr