Bakı.Trend:
Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan DəmirYolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslamRespublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri iləgörüşüb.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən AstaraTerminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasındaüçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.
Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bustrateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarətaxınlarını birləşdirən strateji arteriya kimi mövqeyinigücləndirir.
ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandankeçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yoluxəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq.Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalınıntikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanmasıplanlaşdırılır.
Astara Terminalının layihələndirmə işlərinin 94%-i,tikinti-quraşdırma işlərinin isə təqribən 82%-i yekunlaşıb. Gələnil tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyatbağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatlarınoperativ şəkildə həyata keçirilməsini təmin edəcək.