AZ

ADY və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə etdi

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən Astara Terminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.

Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu strateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarət axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini gücləndirir.

ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanması planlaşdırılır.

Astara Terminalının layihələndirmə işlərinin 94%-i, tikinti-quraşdırma işlərinin isə təqribən 82%-i yekunlaşıb. Gələn il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
7
redaktor.az

9Mənbələr