AZ

Fransa Rusiya ilə müharibə hazırlıqlarına başladı - 50 min könüllü orduya çağırılır...


Rusiya tərəfdən gələcək təhlükəyə görə Fransa ola bilsin könüllü hərbi xidmət tətbiq etsin. Bu barədə Fransanın “Le Figaro” nəşri yazır.

Ehtimal ki, Fransa prezidenti Makron bu haqda noyabrın 27-də elan edəcək. Nəşrin yazdığına görə, təşəbbüs üzərində iş bir neçə aydır gedir.

Fransa prezidenti bu ideyadan ilk dəfə iyulun 13-də hərbi komandirlər qarşısında çıxışı zamanı bəhs edib. Hökumət bir neçə ssenarini nəzərdən keçirir. Plan ildə 10 000-dən 50 000-ə qədər könüllünün çağırılmasını nəzərdə tutur. Xidmət ola bilsin on ay davam etsin və iştirakçılar ayda bir neçə yüz avro məbləğində pul kompensasiyası alacaqlar.

Makron islahatın zəruriliyini Avropanın “Rusiya tərəfdən daimi təhlükə” ilə üzləşməsi ilə izah edir, buna görə də dövlət zərurət halında, qoşunları tez bir zamanda səfərbər edə bilməlidir.

TAHİR

Seçilən
64
baki-xeber.com

1Mənbələr