Azərbaycan ərazisində noyabrın 25-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Paralel.az xəbər verir ki , bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 65-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.